Azərbaycan samboçusu: Hər kəs qızıl medal qazanacağıma inanırdı

29 Sentyabr 2025 19:16 (UTC+04:00)

Bu nəticəni əldə edəcəyimi əvvəlcədən gözləyirdim.

SİA xəbər verir ki, bu sözləri III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan samboçusu Nihad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

64 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı finala kimi rahat gəldiyini bildirib: "Bütün rəqiblərimə xal vermədən qalib gəlmişdim. Həlledici görüşdən öncə qızıl medal qazanacağıma hər kəs inanırdı. Üstümdə əziyyəti olan məşqçilərimə təşəkkür edirəm".

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.