Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2025 17:23 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət eləsin!"