Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib. SİA xəbər verir ki, Qəbələ Şəhər Stadionunda təşkil olunan oyunda Tacikistan və Qırğızıstanın U-16 komandaları qarşılaşıb.
Görüş Tacikistan yığmasının 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk oyununda Belarus Özbəkistanı 2:1 hesabı ilə üstələyib.