III MDB Oyunları: Azərbaycanın 5 taekvondoçusu finala yüksəlib - FOTOLAR

29 Sentyabr 2025 16:34 (UTC+04:00)

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib. SİA xəbər verir ki, ilk gündə 7 çəki dərəcəsində yarışlar keçirilib.

Azərbaycan təmsilçiləri beş çəki dərəcəsində finala yüksəliblər. Oğlanlar arasında Ümid Rəhimzadə (54 kiloqram), Ziya Həsənli (63 kiloqram), Elcan Əliyev (74 kiloqram), qızlarda isə Humay Dadaşova (46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) həlledici görüşlərə vəsiqə qazanıblar.

Eyni zamanda, 6 taekvondoçumuz bürünc medal uğrunda döyüşəcək. Bunlar Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımovadır (62 kiloqram).