Zelenski Lukaşenkoya cavab verib...

29 Sentyabr 2025 20:14 (UTC+04:00)

Varşava Təhlükəsizlik Forumunda Ukrayna prezidenti Vladimir Zelenskidən Aleksandr Lukaşenkonun müharibəyə son qoymaq üçün “yaxşı təklif”lə bağlı son bəyanatını şərh etməsi istənilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ukrayna liderinin cavabı qısa və ironik olub.

...Bununla bağlı hər hansı bir şərhi işıqlandıra bilərsinizmi? - aparıcı diktatorun təklifi ilə bağlı sual verib.

...Hazırda Lukaşenkonun açıqlamalarına reaksiya vermək mənim üçün çətindir. Açığı, o, öz aləmində yaşayır. Onu tikib, özünü təcrid edib və 30 ildir bu evdə yaşayır. Amma bu, ölkə boyda evdir, - Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, Lukaşenkoya Belarusun suverenliyini xatırlatmaq istər.

...Mən istərdim ki, o, öz ölkəsinin müstəqil olduğunu xatırlasın. O, öz aləmində yaşayır, amma bəzən Putin bu dünyaya baş çəkməyə gəlir. Onlar isə, daha yaşlı iki kişi nəsə danışır. Ona görə də onların dediklərini şərh etmək mənim üçün çətindir, - deyə Vladimir Zelenski zalda gülüş və alqışlarla yekunlaşdırıb.

Əli Babayev