Stolüstü tennis yarışlarının qalibi müəyyənləşib - FOTOLAR

29 Sentyabr 2025 15:22 (UTC+04:00)

Qəbələ Olimpiya Kompleksində III MDB Oyunlarında keçirilən stolüstü tennis yarışlarına yekun vurulub. SİA xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.

Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.