Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Biznes Mərkəzində oktyabrın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya muxtar respublikanın işsiz və iş axtaran sakinləri dəvətlidirlər. 20-dən çox işəgötürən üzrə 140-a yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.