Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat olub

29 Sentyabr 2025 14:43 (UTC+04:00)

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Bu barədə SİA-ya Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

Qeyd edək ki, BXA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova 2017–2020-ci illərdə Akademiyanın Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim kimi çalışıb. 2021-ci ildən etibarən BXA-nın Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi, 2022-ci ildən isə Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini icra edib.