III MDB Oyunları: Belarus millisi Özbəkistan yığmasına qalib gəlib

29 Sentyabr 2025 14:38 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib. SİA xəbər verir ki, Qəbələ Şəhər Stadionunda təşkil olunan B qrupunun ikinci oyununda Belarus və Özbəkistan komandaları qarşılaşıblar.

Görüş Belarus yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunu A qrupunda Qırğızıstan və Tacikistan milli komandaları arasında keçirilir.