Baş nazir Əli Əsədov Minskə səfər edib

29 Sentyabr 2025 14:15 (UTC+04:00)

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfər edib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.