Polis Balakəndə çaydan çınqıl daşınmasını araşdırır

29 Sentyabr 2025 13:31 (UTC+04:00)

Balakən rayonunda çay yatağında qazıntı aparılması ilə bağlı yayılan məlumatlar araşdırılır. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, rayon Polis Şöbəsində qazıntı işlərinin araşdırılmasının nəticələrinə dair hüquqi məsuliyyət tədbirləri görüləcək. Aidiyyəti qurumlara müvafiq sorğular verilib.