Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarını 9 medalla başa vurub

29 Sentyabr 2025 12:52 (UTC+04:00)

Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında növbəti medallarını qazanıb. SİA xəbər verir ki, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışların finalında müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) ilə qarşılaşıblar.

Rəqiblərinə hər üç setdə uduzan idmançılarımız gümüş mükafata yiyələniblər.

Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 9 medalla bitiriblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.