UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Kopenhagen"ə qarşı meydana çıxır. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı baş məşqçi Arif Əsədov SİA-ya açıqlamasında bildirib ki, UEFA Çempionlar Liqasında zəif komanda olmur:
"Qarabağ" - "Kopenhagen" oyununda təmsilçimizə uğurlar arzulayıram. Ümid edirik ki, "Qarabağ" bu dəfə də bizi sevindirər. "Kopenhagen" də yetəri qədər güclü rəqibdir. Biz bunu "Bayern Leverkuzen"lə oyunda da müşahidə etdik. Amma bu gün "Qarabağ" o gücdədir ki, hər bir rəqibə qarşı yaxşı oyun göstərərək qalib gələ bilər. Düşünürəm ki, "Qarabağ" öz azarkeşləri qarşısında daha aqressiv və istəkli olacaq. Bu amilləri nəzərə alsaq, "Qarabağ" qalib gəlməyə qadirdir. Ən azından bir xal gözləyirəm Amma "Qarabağ" qalib gələ bilər. Əlbəttə olar bilər ki, bəzi problemlər olsun. Marko Yankoviçin oynaması sual altındadır. Biz bilirik ki, Marko Yankoviç "Qarabağ"ın əsas fiqurlarından biridir. Onun meydanda olması "Qarabağ"a əlavə güc qatır. Amma olmasa da onu əvəz edən futbolçular var. Əsas odur ki, "Qarabağ"da bir sistem, oyun fəlsəfəsi var ki, meydanda kimin olmasından asılı olmayaraq bu komanda öz işini görür".