“Cərrahiyyədə transfuziya təlimatları” mövzusunda seminar keçirilib

29 Sentyabr 2025 12:12 (UTC+04:00)

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Cərrahiyyədə transfuziya təlimatları” mövzusunda elmi-praktik seminar keçirilib. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirli müvafiq mövzuda geniş təqdimatla çıxış edərək rezidentlərə ətraflı məlumat verib.

Seminarın sonunda rezidentlərin çoxsaylı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.