Sumqayıtda sərnişin avtobusunda yanğın olub

29 Sentyabr 2025 12:10 (UTC+04:00)

Sumqayıtda sərnişin avtobusu yanır. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, əraziyə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.