Azərbaycanın stolüstü tennisçisi III MDB Oyunlarında gümüş medal qazanıb

29 Sentyabr 2025 12:08 (UTC+04:00)

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb. SİA xəbər verir ki, o, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən fərdi yarışların final mərhələsində rusiyalı Yevgeni Dosovla üz-üzə gəlib.

Rəqibinə 0:3 hesabı ilə uduzan idmançımız ikinci yeri tutub.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.