Neftçalada daş lövhəyə çırpılan motosikletin sürücüsü ölüb

29 Sentyabr 2025 09:34 (UTC+04:00)

Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb. SİA xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.