“Real”ın əfsanəsi vəfat etdi

29 Sentyabr 2025 02:24 (UTC+04:00)

"Real”ın və İspaniya millisinin sabiq qapıçısı Xose Arakistayn 89 yaşında vəfat edib. SİA xəbər verir ki, Madrid klubunun rəsmi saytında prezident və idarə heyətinin adından komandanın əfsanəvi qapıçının vəfatı ilə bağlı dərin hüzn və başsağlığı ifadə olunub.

Arakistaynın “Real”dakı karyerası yeddi mövsüm davam edib (1961–1968). O, bu müddətdə 97 oyun keçirib. Komandanın heyətində altı dəfə İspaniya çempionu olub, ölkə Kubokunu və 1966-cı ildə qazanılmış Avropa Çempionlar Kubokunu əldə edib.

Bundan əlavə, qolkiper 1962-ci il dünya çempionatında İspaniya millisinin heyətində çıxış edib.