Serbiyanın NIS şirkətinə qarşı sanksiya təxirə salınıb

29 Sentyabr 2025 05:30 (UTC+04:00)

ABŞ hökuməti Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı oktyabrın 1-də qüvvəyə minməli olan sanksiyanı bir həftəlik təxirə salıb. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Tanjug” agentliyinə müsahibəsində deyib.

“ABŞ tərəfi bizə hörmət nümayiş etdirdi və bildirildi ki, Serbiyanın vəziyyətini başa düşürlər. Lakin mən 7 gün sonra onlara nə cavab verəcəyimi bilmirəm” – deyə dövlət başçısı əlavə edib.