Moldovada hakim partiya parlamentdə üstünlük qazanıb

29 Sentyabr 2025 04:35 (UTC+04:00)

Moldova Mərkəzi Seçki Komissiyası sentyabrın 28-də keçirilmiş parlament seçkilərinin bülletenlərin 90 faizindən çoxunu hesablayıb. Bu barədə SİA Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadla məlumat yayıb.

Seçki bülletenlərinin 91 faizinin hesablanması ilə Prezident Maya Sandunun partiyası öndədir.

Hakim Fəaliyyət və Həmrəylik Partiyası 46,46 faiz, Vətənpərvərlər Bloku isə 26,74 faiz seçicinin etimadını qazana bilib.