Danimarkada qırıcılar PUA-lara görə havaya qaldırılıb

29 Sentyabr 2025 06:16 (UTC+04:00)

Baltik dənizi üzərində pilotsuz uçuş aparatlarına görə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb. SİA xəbər verir ki, bu barədə yerli TV2 kanalına polisdəki mənbə bildirib. Ordu rəsmiləri məsələyə münasibət bildirməyib.

Norveçdə isə bir neçə mülki təyyarə PUA təhlükəsinə görə başqa aeroportlara yönləndirilib.