Mercedes-Benz SL300-ün miniatür surəti videoya çəkilib…

29 Sentyabr 2025 01:08 (UTC+04:00)

…1950-1960-cı illərdə istehsal olunan əfsanəvi Mercedes-Benz SL300-ün miniatür surəti videoya çəkilib və sosial mediada yayılıb.

Replika rus pulu ilə 4 milyon rubl dəyərində qiymətləndirilir. 1,5 kVt gücündə mühərriklə təchiz edilmiş bu elektromobil 45 km/saat sürət yığa bilir.

120 kq yükgötürmə qabiliyyəti ilə həm uşaqlar, həm də böyüklər üçün uyğundur.

Bu zərif göy rəngli model elektriklə tənzimlənən dəri oturacaqlara, alüminiumla işlənmiş tablosuna, ötürücü seçiciyə, sabvuferə və ikili egzoz sisteminə malikdir.

Dizayna hündürlüyü tənzimlənən sükan sütunu, tam alət dəsti və işıqlandırma daxildir.

Bu replika idman avtomobilinin qiyməti 4 milyon rubl təşkil edir.

Nazlı Almuradova