“Barselona” qalib gəldi...

28 Sentyabr 2025 22:38 (UTC+04:00)

Barselona" İspaniya çempionatının 7-ci turunda evdə "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib.

SİA-nın məlumatına görə, qaliblərin qollarını Jül Kounde (43-cü dəqiqə) və Robert Levandovski (59) vurub. "Real Sosyedad"ın heyətində Alvaro Odriozola (31) fərqlənib.

"Barselona" qalib gələrək İspaniya çempionatının cədvəlinə başçılıq edib.

Hans-Dieter Flick-in yetirmələri 19 xalla ikinci yerdə qərarlaşan "Real Madrid"i 1 xal qabaqlayır.

"Real Sosyedad" 5 xalla 17-ci yerdədir. "Barselona" oktyabrın 5-də səfərdə "Sevilya"nı, "Real Sosyedad" isə həmin gün "Rayo Valyekano"nu qəbul edəcək.

Nazlı Almuradova