ABŞ-da kilsədə atışma olub

28 Sentyabr 2025 21:48 (UTC+04:00)

ABŞ-da Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib.