Birgə görüş zamanı Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko Rusiyadan enerji təchizatını saxlamaq niyyətlərini bir daha təsdiqləyiblər.
İki lider digər avropalı siyasətçilərin təzyiqlərinə qarşı durmadan bəyanat verdilər.
Robert Fiko vurğulamışdır ki, enerji təchizatı məsələləri hər bir dövlətin suveren hüququdur.
...Heç kim bizə qazı və nefti haradan əldə edəcəyimizi deməsin.
SİA-nın məlumatına görə, bunu Slovakiyanın baş naziri bildirib.
O qeyd edib ki, beynəlxalq hüquq hər bir ölkəyə öz enerji siyasətini müstəqil şəkildə müəyyən etməyə imkan verir. Slovakiya hökumətinin başçısı Viktor Orbanın mövqeyini dəstəkləyərək, Avropa İttifaqının Rusiya enerji təchizatından imtina etmək planlarını “siyasi və ideoloji qərar” adlandırıb. Siyasətçilərin fikrincə, bu cür tədbirlər ilk növbədə Macarıstan və Slovakiyaya zərər verəcək və eyni zamanda bütün Avropa iqtisadiyyatına mənfi təsir göstərəcək.
İki ölkənin liderləri enerji təhlükəsizliyi məsələlərinə yanaşmada birlik nümayiş etdirdilər.
Əli Babayev