...Belarus Banklar Assosiasiyasının məlumatına görə, ölkədə fiziki şəxslər arasında pul köçürmələri üçün yeni qaydalar tətbiq oluna bilər.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, sentyabrın 23-də Milli Bankın nümayəndələri, eləcə də banklarda pərakəndə satış və kibertəhlükəsizlik departamentlərinin rəhbərləri ilə işgüzar görüş keçirilib. İclasda pulköçürmə sistemləri vasitəsilə pul vəsaitlərinin oğurlanmasının qarşısının alınması tədbirləri, həmçinin P2P köçürmələri (fiziki şəxslər arasında kartdan karta köçürmə) prosedurunun mümkün təkmilləşdirilməsi müzakirə edilib. Təfərrüatlar hələ açıqlanmır.
Xatırladaq ki, son aylarda bəzi banklar artıq dəyişikliklər edib.
Məsələn, “Texnobank” sentyabrın 8-də bankdan kənar fiziki şəxslər arasında dollar köçürmələri üzrə komissiyalara yenidən baxıb.
Əli Babayev