Ukrayna partizanları yeni təxribat aktı həyata keçiriblər...

28 Sentyabr 2025 20:45 (UTC+04:00)

...Ukraynalı partizanlar Donetsk vilayətinin müvəqqəti işğal altında olan Volnovaxa şəhərində rus qoşunlarının maddi-texniki təminatını pozublar.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Atəş” hərəkatı məlumat yayıb.

Əldə edilən məlumata görə, hərəkatın agenti Volnovaxa kəndi yaxınlığındakı dəmir yolunda təxribat törədərək düşmən ordusuna döyüş sursatı, texnika və şəxsi heyətin çatdırılmasını pozub.

Qeyd edilməlidir ki, Volnovaxa Zaporojye və Xerson istiqamətlərində əsas təchizat mərkəzidir.

Əli Babayev