Azərbaycan karateçiləri Avropa çempionatında uğurla çıxış ediblər

28 Sentyabr 2025 14:01 (UTC+04:00)

Macarıstanın Debretsen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib. SİA xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdin Rüstəmovun rəhbərliyi altında milli komanda təmsil edib.

Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) bürünc medal qazanıblar. Balaəmi Əhmədov (60 kq) gümüş medalla kifayətlənib.

Beynəlxalq yarışda ölkəmizi hakim qismində Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.