Məşhur aktrisa İstanbuldan köçdü

28 Sentyabr 2025 12:40 (UTC+04:00)

Türk kinosunun ən sevilən simalarından biri olan Nurgül Yeşilçay İstanbulu tərk edib. SİA xəbər verir ki, o, İzmirə köçüb. Uzun illər İstanbulda yaşayan Yeşilçay sıx şəhər həyatından yorulduğunu deyərək İzmirdə dəniz kənarında aldığı yeni evində yaşamağı seçib.

Məşhur aktrisanın bu qərarı sosial şəbəkədə geniş dəstək qazanıb.