Atlantik okeanda güclü qasırğa formalaşıb

28 Sentyabr 2025 12:05 (UTC+04:00)

Atlantik okeanda formalaşan "Umberto” qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə beşinci – ən yüksək kateqoriyaya yüksəlib. SİA xəbər verir ki, ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb. Hazırda "Umberto” saatda 17 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində küləyin maksimal sürəti saniyədə 72 metrə çatır. ABŞ-ın sahilyanı bölgələrində fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.