"Əl-İttihad”ın baş məşqçisi Loran Blanın klubdan ayrıldığını açıqlayıb. SİA xəbər verir ki, 59 yaşlı fransız mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qərar Səudiyyə Ərəbistanı çempionatında ulduz futbolçu Kriştiano Ronaldonun komandası “Əl-Nəsr”ə 0:2 hesablı məğlubiyyətdən sonra qəbul edilib.
Müvəqqəti olaraq baş məşqçi vəzifəsini fransız mütəxəssisin köməkçisi Həsən Xəlifə icra edəcək.
Blann 2024-cü ilin iyulunda “Əl-İttihad”a baş məşqçi təyin olunmuşdu və ilk mövsümündə həm çempionatın, həm də kubokun qalibi olmuşdu.