Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:09 (UTC+04:00)

Ukraynalı yüngül atlet Viktoriya Tkaçuk sosial şəbəkədə səmimi etirafını paylaşıb. SİA xəbər verir ki, idmançı ağır çəkili boksçu Vladislav Sirenko ilə uzunmüddətli münasibətinin bitdiyini bildirib:

“Vlad və mən artıq bir yerdə deyilik. Üç il yarım çətin və eyni zamanda gözəl münasibətimiz oldu. Bu münasibət ictimai idi, ona görə də keçmişə hörmətlə onu heç nə olmamış kimi sakitcə silmək istəmirəm. Bu qərar bir çox səbəblərə görə verildi. Həyatımın bu fəslini minnətdarlıq və hörmətlə bağlayıram!”

Xatırladaq ki, məşhur cütlüyün münasibətləri yalnız 2023-cü ilin əvvəlində ictimaiyyətə məlum oldu. Onların ayrılıq xəbəri pərəstişkarları üçün sürpriz olub, çünki həm Viktoriya, həm də Vladislav tez-tez sosial mediada birgə anları paylaşırdılar.