Qazaxıstanda zəlzələ baş verdi

28 Sentyabr 2025 05:17 (UTC+04:00)

Sentyabrın 27-də saat 22:51-də Almatıdan 852 km şimal-şərqdə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsindən məlumat verilib. İlkin məlumata görə, təkanların gücü təxminən 2 bal olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.