“Real Madrid” böyük hesabla uduzdu...

27 Sentyabr 2025 20:31 (UTC+04:00)

İspaniya Premyer Liqasının 7-ci turunda "Atletiko Madrid" doğma meydanda "Real"ı 5:2 hesabı ilə darmadağın edib. SİA-nın məlumatına görə, oyun Madriddəki "Metropolitano" stadionunda baş tutub. Qaliblərin qollarını Robin Le Normand (14-cü dəqiqə), Aleksandr Sorlot (45+3), Julian Alvares (50, penalti; 64) və Antuan Qrizmann (90+4) vurub.

“Real Madrid”in qollarına Kilian Mbappe (25) və Arda Gülər ​​(36) imza atıb.

“Real Madrid” mövsümdə ilk məğlubiyyətini aldı. Xabi Alonsonun yetirmələri bundan əvvəl altı liqa oyununda və bir Çempionlar Liqasında qələbə qazanmışdı.

Nazlı Almuradova