Auditorlar Palatasının kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edib

27 Sentyabr 2025 19:20 (UTC+04:00)

Auditorlar Palatasının kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla anıb.

SİA-nın məlumatına görə, Auditorlar Palatasından bildirilib ki, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.