AQTA kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 18:56 (UTC+04:00)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət ediblər.

SİA-nın məlumatına görə, AQTA -dan bildirilib ki, ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.