...Hindistanda qeyri-adi bir evlilik toylarından cəmi 9 ay sonra boşanşblar. Səbəb?
SİA-nın məlumatına görə, “The Independent” yazır ki, cütlük ortaq heyvan sevgisi sayəsində tanış olublar.
Amma onların evliliklərini məhv edən də məhz ev heyvanları olub.
Belə ki, arvadın iddiasına görə, ərinin iti onun pişiyini daima qorxudur, ona “yeri gəldi, gəlmədi” hürür. Pişik də daim stress keçirir və yeməkdən imtina edir.
...Ər cavab olaraq arvadının pişiyi valideynlərinin evindən gətirməklə onların razılığını pozduğunu iddia edib. O, pişiyin dəfələrlə itə qarşı aqressivlik nümayiş etdirdiyini və həmçinin daim onların akvarium balıqlarını ovladığını iddia edib. Cütlük vasitəçilik yolu ilə münasibətlərini xilas etməyə çalışsa da, bu cəhd uğursuz alınıb.
Yəni ər-arvadın heç biri sevimli ev heyvanlarından ayrılmaq istəməyiblər.
Münaqişə sonda boşanmaq üçün məhkəməyə müraciət etmələrinə səbəb olub.
Nazlı Almuradova