...Film 1,5 milyon dollardan çox gəlir əldə edərək, onu Çində istehsal olunan filmlər üçün güclü rəqibə çevirib.
SİA-nın məlumatına görə, Çin kinoteatrlarında nümayiş etdirilən ilk üç həftədən sonra "Qırmızı İpək" detektiv trilleri ilk beş kassa cədvəlinə daxil olub.
Filmin yaradıcılarının sentyabrın 26-da elan etdiyi kimi, film bu müddət ərzində yerli Çin istehsalı ilə uğurla rəqabət apararaq 1,5 milyon dollardan çox gəlir əldə edib.
Çində “Qırmızı İpək”in nümayişi qismən ölkədə populyarlıq qazanan CINITY texnologiyasından istifadə edilməklə həyata keçirilir.
Bu texnologiya tamaşaçılara filmdən saniyədə 120 kadr sürətlə həzz almağa imkan verir (standart kadr tezliyi saniyədə 24 kadrdır), inanılmaz görüntü realizmi və həqiqətən immersiv təcrübə təmin edir.
Filmin “Qara İpək” adlı ikinci hissəsinin istehsalına bu qış Çində başlanılacaq.
Nazlı Almuradova