Azərbaycanın daha iki stolüstü tennisçisi III MDB Oyunlarında finala yüksəlib

27 Sentyabr 2025 17:18 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib. SİA xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə qüvvələrini sınayıblar.

Onlar yarımfinalda müvafiq olaraq, Oryanbassar Yessimxan (Qazaxıstan) və Aliaksey Rabuşka (Belarus) ilə qarşılaşıblar.

Rəqiblərinə qalib gələn idmançılarımız finala vəsiqə qazanıblar.

Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.