Alimlər beyni cavanlaşdırmağın yolunu kəşf ediblər. Onların fikrincə, bunun üçün pis vərdişlərdən imtina etmək və müsbət düşünmək lazımdır.
Xronoloji yaş və beyin yaşı fərqli ola bilər.
SİA-nın məlumatına görə, Florida Universitetinin alimləri belə nəticəyə gəliblər.
Onlar hesab edirlər ki, lazımi şərait yaratmaqla beyni cavanlaşdırmaq olar. Bunun üçün nikbinlik, yaxşı yuxu, sosial dəstək və digər müsbət amillər lazımdır.
...“Brain Communications” jurnalında xəbər verildiyi kimi, alimlər 128 orta yaşlı və yaşlı insanı araşdırdıqdan sonra bu qənaətə gəliblər.
Onların əksəriyyəti diz osteoartriti ilə əlaqəli xroniki əzələ-skelet ağrısından əziyyət çəkirdi və ya onun inkişaf riski altında idi.
Alimlər eksperiment iştirakçılarının beyin yaşını qiymətləndirib və onu faktiki xronoloji yaşları ilə müqayisə ediblər.
Məlum olub ki, daimi stress altında olan subyektlərin beyinləri həqiqi yaşlarından daha yaşlı olub.
Nəticədə alimlər belə qənaətə gəliblər ki, stressin azaldılması, sosial dəstək və keyfiyyətli yuxu kimi faktorlar beynin qocalmasını yavaşlatır.
Nazlı Almuradova