Baş Prokurorluğun rəhbərliyi Zəfər parkını ziyarət edib - FOTOLAR

27 Sentyabr 2025 15:54 (UTC+04:00)

Baş Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyev və prokurorluğun rəhbər heyəti şəhidlərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.