Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr Anım Günü ilə bağlı X" hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:
"Dostumuz, qardaşımız, sevimli Azərbaycanımızın anım günündə Qarabağı və işğal olunmuş Azərbaycan torpaqlarını böyük qəhrəmanlıqla azad edən şəhidlərimizi rəhmətlə yad edir, veteranlarımıza ehtiramımı bildirirəm.
Qarabağ əbədi Azərbaycandır!"