İlham Əliyev Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib

27 Sentyabr 2025 12:09 (UTC+04:00)

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.