Aşağı Güzdək qəsəbəsində anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2

27 Sentyabr 2025 10:31 (UTC+04:00)

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb. SİA xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.