Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib

27 Sentyabr 2025 09:43 (UTC+04:00)

Peru Respublikasının Konqresi 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib. SİA xəbər verir ki, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.