Rafet Bakıda səhnəyə qızı ilə birlikdə çıxacaq

27 Sentyabr 2025 08:40 (UTC+04:00)

Türkiyəli müğənni Rafet El Roman yenidən Bakıya gələcək. SİA xəbər verir ki, sənətçi bu dəfə paytaxtımıza qızı Su El Romanla gələcəyini bildirib. Rafet bildirib ki, yanvar ayında Bakıda baş tutacaq konsertində qızı da səhnəyə çıxacaq.