“Bavariya” “Verder”i darmadağın etdi

27 Sentyabr 2025 05:07 (UTC+04:00)

Almaniya Bundesliqasında 5-ci tura start verilib. SİA xəbər verir ki, turun açılış matçında “Bavariya” evdə “Verder”lə qarşılaşıb.

Münhen təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib.

Almaniya Bundesliqası
5-ci tur
26 sentyabr

“Bavariya” – “Verder” 4:0
Qollar: L.Dias, 22. H.Keyn, 45-pen, 65. Laymer, 88.