...Aleksandr Lukaşenko Vladimir Putinlə görüşündən sonra "Bankovaya zərbə" ehtimalını xatırladıb.
SİA-nın məlumatına görə, Lukaşenko bu barədə rus təbliğatçılarına açıqlama verib.
Təbliğatçı Lukaşenkodan Ukrayna prezidenti Vladimir Zelenskinin Kremlə zərbə endirmək təhdidlərinə münasibət bildirməsini istəyib.
...Siz hər şeyi deyə və bəyan edə bilərsiniz. Amma Kreml Bankovanı vursa, orada nə qalacaq? Ona görə də Vladimir Aleksandroviçə (Zelenski ni deyir-A.B.) sakitləşmək lazımdır.
Bunu Belarus lideri bildirib.
O hesab edir ki, Alyaskada ABŞ prezidenti Donald Trampa təqdim olunan “masada Ukrayna üçün yaxşı təkliflər var”. ...Əgər ukraynalılar bu təklifləri qəbul etməsələr, bu, “xüsusi hərbi əməliyyatın” başlanğıcı kimi olacaq. Daha da pis olacaq, onlar Ukraynanı itirəcəklər.
...Lukaşenko əlavə edib ki, Zelenski ilə “sadəcə danışmaq” istərdim və onun deməyə sözü var.
Əli Babayev