Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilib

26 Sentyabr 2025 21:28 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilib.

SİA xəbər verir ki, açılış oyununda "Sabah" "Neftçi" ilə qarşılaşıb.

Bakı İdman Sarayında təşkil olunan görüş "tələbələr"in 86:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.