Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
SİA xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Abdullah Zubir və Musa Qurbanlı vurublar.
Hazırda Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar 4 xalla onuncu yerdədir.
Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 1:1.